Şrift:
İki aktyorumuz TRT 1-də komediya serialında rol alıb
17.05.2013 [13:29] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Azərbaycanın tanınmış aktyorları Sənubər İskəndərli və Əzizağa Əzizov Türkiyədə «Yok Artık» ifadəsini dillərə düşürən komediya serialı «Zengin kız ve fakir oğlan»da rol alıblar. TRT Bakı Təmsilçiliyindən verilən məlumata görə, serial bu gün TRT 1 telekanalında Bakı vaxtı ilə saat 21.50-də yayımlanacaq. Aktyorlar bu bölümün çox maraqlı olduğunu, tamaşaçıların böyük zövq alacaqlarını bildiriblər.
TRT Bakı Təmsilçiliyinin rəhbəri Yüksel Değercan çəkiliş qrupunun mayın sonlarında Bakıya gələrək ssenari, çəkiliş məkanı və aktyor axtarışlarına başlayacaqlarını, daha sonra isə yenidən Bakıya səfər edərək çəkilişlərə start verəcəyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed