Şrift:
İranda saxlanılan vətəndaşlarımızla görüşmək tapşırığı verildi
18.05.2013 [13:01] - Güney Azərbaycan-Təbriz
“Hər bir Azərbaycan vətəndaşı hansı ölkədə olmasından asılı olmayaraq, dövlətin qayğısı və müdafiəsi altındadır. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun jurnalistlərə verdiyi açıqlamaya görə Xalidə Xalid və Şamxal Hüseynovun İranda həbs olunmaları ilə bağlı məsələ daim nəzarətdədir və bu məsələ araşdırılır”.
Onun sözlərinə görə, həm Azərbaycanın Təbrizdəki Baş Konsulluğu, həm İrandakı səfirliyimiz bu dövlətin müvafiq orqanları ilə əlaqə saxlayır: “Baş konsulluğun qarşısında saxlanan vətəndaşlarımızla görüşmək tapşırığı qoyulub, bu məsələnin öz həllini tapması üçün İranla əlaqə saxlayırıq”.

Şeyxülislam Allahşükür Paşazadənin İrana səfəri zamanı saxlanan vətəndaşlarımızın azadlığa buraxılması ilə xahiş edəcəyi barədə fikirlərə münasibət bildirən Xələf Xələfov deyib ki, Azərbaycan din dövlətdən ayrıdır: “Biz Allahşükür Paşazadənin İrana səfər etməsinə normal hal kimi baxırıq. Səfər də proqram çərçivəsində həyata keçiriləcək. O ki qaldı, hər hansı Azərbaycan vətəndaşının müdafiəsi ilə əlaqədar qurumlar qarşısında məsələnin qaldırılmasına, əlbəttə ki, bu, Şeyx həzrətlərinin öz səyləri, təşəbbüsü ilə ola bilər”.


DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed