Şrift:
MDHP Qarabağ Departamenti Laçınlı Soltan bəyin 140 iliyi münasibətilə tədbir keçirəcək
18.05.2013 [13:52] - Xəbərlər, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin təşəbüsü ilə Bütöv Azərbaycanın xalq Qəhrəmanı,uzun illər erməni terrorçularına və işğalçılarına qarşı mübarizə aparan Soltan bəyin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirəcək.

Tədbir 20 May 2013-cü il tarixində saat 12 00-da Beynəlxaq Mətbuat Mərkəzində leçiriləcək.

Tədbir zamanı Xalq Qəhrəmanı Soltan bəyin Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaətlər, işğalçı və terrorçu erməni quldurlarına qarşı apardığı cəsarətli mübarizəsini əks etdirən məruzələr, çıxışlar və video görüntülər nümayiş etdiriləcək.

Tədbirdə MDHP Lideri, Millət Vəkili Fərəc Quliyevlə birlikdə, Millət Vəkilləri, Qarabağ Qaziləri, ölkə ziyalıları, ictimai-siyasi xadimlər, MDHP Qarabağ Departamentinin rəhbərliyi və üzvləri, MDHP Güney Azəebaycan Departamentinin rəhbərliyi, MDHP Qərbi Azərbaycan Departamentinin rəhbərluyi və idarə heyyətinin üzvləri, MDHP Bakı Kəndləri Departamentinin rəhbərliy, MDHP sədrinin müavinləri, Gənclər -tələbələr və media nümayəndələri iştirak edəcək.

Bütün mətbuat dəvətlidir.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed