Şrift:
MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO
20.05.2013 [17:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin təşəbüsü ilə Bütöv Azərbaycanın xalq Qəhrəmanı,uzun illər erməni terrorçularına və işğalçılarına qarşı mübarizə aparan Sultan bəyin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirdi.
Tədbir 20 May 2013-cü il tarixində saat 12 00-da Beynəlxaq Mətbuat Mərkəzində keçirilib.
Tədbir zamanı Xalq Qəhrəmanı Sultan bəyin Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaətlər, işğalçı və terrorçu erməni quldurlarına qarşı apardığı cəsarətli mübarizəsini əks etdirən məruzələr, çıxışlar və video görüntülər nümayiş etdirilib.
Tədbiri MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev açıq elan edərək Sultan bəyin anadan olmasının 140 illiyi ilə bağlı məruzə üçün sözü Elbrus Hacıyevə verdi. Sultan bəyin həyatı və fəaliyyətini tam əks etdirən məruzə dinlənildikdən və videogörüntülər izləndikdən sonra Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevə soz verildi.
Tədbirdə MDHP Lideri, Millət Vəkili Fərəc Quliyevlə birlikdə, Millət Vəkilləri, Qarabağ Qaziləri, ölkə ziyalıları, ictimai-siyasi xadimlər, MDHP Qarabağ Departamentinin rəhbərliyi və üzvləri, MDHP Güney Azəebaycan Departamentinin rəhbərliyi, MDHP Qərbi Azərbaycan Departamentinin rəhbərluyi və idarə heyyətinin üzvləri, MDHP Bakı Kəndləri Departamentinin rəhbərliy, MDHP sədrinin müavinləri, Gənclər və tələbələr mövzu ətrafında məruzə və çıxışlar edilib.
Çıxış edən: “Xocalı soyqırımı tanıtım İB-nin sədri, “Ana haray” qəzetinin Baş redaktoru Şamil Sabiroğlu, Azərbaycan Xalq Cumhuriyyəti varisləri təşkilatının Baş Katibi Saleh Salehzadə, Sultan bəyin nəslindən olan Mehriban xanım Abdullayeva və Tofiq Səfərəliyev, Azadlıq Hərəkatçıları İB-nin sədri Təhmasib Novruzov, Aydın Lətifov və başqaları bu yönümlü tədbirlərin cəmiyyətimiz üçün əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəylilin ifasında “Bu Millət Yenilməz” mahnısının səslənməsi tədbirdə böyük coşqu yaradıb.
MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO

MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO

MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO




MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed