Şrift:
Finlandiya paytaxtında Azərbaycan bayrağı dalğalanıb
21.05.2013 [10:35] - Gündəm, Diaspor
Finlandiyanın paytaxtı Helsinki şəhərində ilk dəfə olaraq Azəri-Fin Dostluq cəmiyyəti tərəfindən Azərbaycan bayrağı dalğalanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, cəmiyyət Helsinkidə yerləşən Hilton otelində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə və 28 May Respublika Gününə həsr olunmuş ''Azərbaycan Günü'' adlı təntənəli tədbir təşkil edib. Gecədə Finlandiyanin dövlət və hökumət təmsilçiləri, parlament üzvləri, muəllim və tələbələr iştirak ediblər. Tədbiri açıq elan edən və qonaqları salamlayan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti barədə və Respublika Günü haqqında iştirakçılara məlumat verib. Daha sonra çıxış üçün söz alan Helsinki Universitetinin tələbəsi Ülkər Ağayeva ulu öndərin əvəzsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Bu xəbər oxucular tərəfindən 2328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed