Şrift:
ABŞ Yəmən prezidentindən dərhal hakimiyyətin ötürməyi tələb edib
13.11.2011 [12:39] - Gündəm
ABŞ Yəməndə zorakılığın davam etməsindən narahatdır və dövlət başçısı Əli Abdulla Salehi dərhal hakimiyyətin ötürülməsi prosesinə başlamağa çağırır. ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bu fikri səsləndirib.

«Əgər prezident Saleh ölkəsinin gələcəyinə görə narahatdırsa, dərhal hakimiyyətin tam ötürülməsi prosesinə başlamalıdır. O zaman İran körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurasının keçid təşəbbüsünə əsasən erkən parlament seçkilərinin keçirilməsi mümkün olacaq», deyə Nulandın bəyanatında bildirilir.

Yəməndə prezidentin istefası tələbi ilə keçirilən etiraz aksiyalarına yanvar ayında start verilib. Artıq hadisələr nəticəsində bir neçə yüz insan həlak olub.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed