Şrift:
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
21.05.2013 [16:07] - Xəbərlər, Gündəm
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.
Bu barədə Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib. Qubernatordan Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna daxil olmuş təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilib.
Qubernator qeyd edib ki, Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. O, belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirib, Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edib.
Qeyd edək ki, Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, 1975-83-cü illərdə də bu vəzifədə çalışıb.
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed