Şrift:
İranda 686 namizəddən yalnız 8 nəfər prezident seçkilərində iştirak etmək hüququ qazanıb
22.05.2013 [11:40] - Gündəm, Güney Azərbaycan xəbərləri
İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.
“Mehr” xəbər agentliyinin yaydığı məlumatına görə, prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş 686 nəfərdən yalnız 8 nəfər XI dövr prezident seçkilərində iştirak etmək hüququ qazanıb.
Bunlar İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İran parlamentinin sabiq spikeri, ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, sabiq vitse-prezident Məhəmmədrza Arif və Məhəmməd Qərəzidir.
İran Konstitusiyasına Nəzarət Şurası İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani və İran prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayinin namizədliyini rədd edib.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed