Şrift:
Dövlət Baxçəli: Ərdoğan Amerika prezidentinin ev tapşırıqlarını yerinə yetirir
22.05.2013 [11:49] - Gündəm, Siyasət
Baş nazir Rəcəb Tayyib Ərdoğan erməni məsələsinin həlli təşəbbüsünü ortaya atıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəli bildirib.
O deyib: “Türkiyə Böyük Millət Məclisinin kürsüsündən alqışların müşayiəti altında çıxış edən ABŞ (Amerika Birləşmiş Ştatları) Prezidenti Barak Obama R.T.Ərdoğana erməni məsələsinin həll edilməsi istiqamətində təlimatlar, ev tapşırığı verib. Baş nazir isə soyuqqanlılıqla bu təlimatı yerinə yetirib. Ərdoğan erməni məsələsinin həlli təşəbbüsünü ortaya atıb. Əfqanıstana əlavə əsgər göndərmək təlimatını yerinə yetirib, İmralı canısı ilə bazarlıq aparmaq sözünü yerinə yetirib. Bunların əvəzinə ABŞ Türkiyənin əsas problemlərinin həllinə dair dəstək verməyib."
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed