Şrift:
Erməni silahlı bölmələri Azərbaycanın mövqelərini atəşə tutublar
23.05.2013 [12:28] - Gündəm, Hərb
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Kəngərli, Şıxlar, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed