Şrift:
Türkiyənin təhsil naziri Qafqaz universitetində
23.05.2013 [12:39] - Gündəm, Gənclik
Türkiyənin təhsil naziri Azərbaycanda səfərdədir. Səfərdə olan təhsil naziri və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qafqaz Universitetində görüş zamanı türkiyəli qonaqlara ətraflı məlumat verən universitetin rektoru Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır.

Türkiyənin təhsil naziri Nabi Avcı isə bildirib ki, Türkiyə ilə Azərbaycan arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur: "Mən dünyanın bir çox ölkələrində olmuşam, lakin dost və qardaş Azərbaycan mənim üçün daha əzizdir. Qafqaz Universiteti kimi bir yerdə olmaq Türk dünyasına açılan qapının kürsüsündə durub sizlərə nitq söyləməm mənə ayrı qürur və xoşbəxtlik verir”.

Görüşün sonunda Nabi Avcıya Qafqaz Universitetinin rektoru tərəfindən xatirə plaketi və Çağ öyrətim 20 illik" kitabı təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed