Şrift:
Bu gecə bir neçə yanğın hadisəsinin qarşısı alınıb
24.05.2013 [10:03] - Hadisə
Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirlyinin rəsmi saytı məlumat verir ki, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 20 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Yaxınlıqdakı kafe yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed