Şrift:
Çeçenistanın Türkiyədəki fəxri konsulu qətlə yetirildi
24.05.2013 [10:48] - Gündəm, Hadisə, Türk dünyası-Turan
Çeçenistan İçkeriya Respublikasının Türkiyədəki fəxri konsulu Mədət Ünlü Ankarada öldürülüb. Bu barədə Türkiyə mətbuatı yazıb.
Hadisə dünən saat 19:30 radələrində Çankayanın Balqat məhəlləsində baş verib. Çətin Əməç bulvarında konsulluq bürosu kimi də istifadə etdiyi iş yerinə gələn Ünlü naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb.

Nömrəsi hələ məlum olmayan bir avtomobillə fəxri konsulun iş yerinə gələnlər Mədət Ünlünün olduğu ofisin zəngini basıb. Namaz qılmağa hazırlaşan Mədət Ünlü qapını açdığı anda cinayətkarlar yaxın məsafədən ona bir neçə dəfə atəş açıb. Cinayətkarların hadisə yerindən qaçaraq gizləndiyi bildirilir.

Yaxınları Mədət Ünlünün son açıqlamalarından sonra təzyiqlərlə qarşılaşdığını, sui-qəsdin Çeçenistan prezidenti Ramzan Kadirovun tərəfdarları tərəfindən edildiyini iddia edir. Fəxri konsul Boston marafonunda baş verən partlayışlarla əlaqədar bir televiziya proqramında hadisənin uydurulduğunu, çeçen xalqının terrorizmlə eyniləşdirmək istədiklərini, 2 çeçen qardaşının da qurban olaraq seçildiyini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed