Şrift:
Rusiyadan Qarabağ mesajı: Biz hazırıq
25.05.2013 [12:53] - Gündəm, Siyasət
Moskva münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması üçün görüşlərin təşkilini vacib sayır

“Rusiya Dağlıq Qarabağ nizamlamasında tərəflərin mövqelərinin yaxınlaşması üçün görüşlərin təşkilini davam etdirməyə hazırdır”.Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. Onun sözlərinə görə, Rusiya əvvəllər bu təşəbbüslə çıxış edərək, münaqişə tərəflərinin vətəndaş cəmiyyəti təmsilçiləri və ziyalıları arasında bir neçə görüşün vasitəçisi olub: “Bununla əlaqədar xüsusi nümayəndə təyin olunub. Bu, Rusiya prezidentinin beynəlxalq və humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkodur”.

Səfir tərəflər arasında görüşlərin təşkilini vacib və faydalı iş saydıqlarını vurğulayıb: “Biz buna hazırıq, tərəflərin də hazır olması lazımdır. Çox şadıq ki, Azərbaycan tərəfində bu hazırlıq mövcuddur”.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed