Şrift:
Ermənilər atəşkəsi pozublar
25.05.2013 [13:36] - Gündəm, Hərb
Düşmən cavab atəşi ilə susdurulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed