Şrift:
Havanın temperaturu 3-5 dərəcə endi
27.05.2013 [12:27] - Gündəm
27-si may tarixindən etibarən ölkə ərazisində havanın temperaturu düşəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, artıq Azərbaycanın paytaxtı və rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yaxın 2-3 gün ərzində də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq. Bu günlər ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə enməsi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed