Şrift:
Bakı-Afina aviareysi üzrə uçuşlara başlanıldı
29.05.2013 [10:00] - Xəbərlər, Gündəm
Yunanıstanın «Nomos Travel» şirkətindən bildirilib ki, bu gündən etibarən Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlanılır.
Şirkətdən verilən məlumata əsasən, aviareys mövsümi xarakter daşıyır və bu ilin oktyabrın 25-dək davam edəcək: «Afina-Bakı-Afina aviareysi üzrə uçuşları Yunanıstanın «Aegean Airlines» aviaşirkəti yerinə yetirir. Yunanıstan paytaxtından Bakıya uçuşlar yerli vaxtla saat 23:45-də, Bakıdan Afinaya isə saat 06:00-da yerinə yetiriləcək. Uçuşlar hər həftənin III və V günləri 168 nəfərlik «Airbus A-320» avialayneri ilə yerinə yetirilir».
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed