Şrift:
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
30.05.2013 [12:36] - Xəbərlər, Gündəm
İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul edib. Azərbaycan səfirliyindən AzərTAc-a bildirilib ki, mayın 28-də Senatının sədri Tahir Masrinin səfir Sabir Ağabəyova məktubunda deyilir: “Xocalı faciəsində yaralı və itkin düşmüş insanlarla yanaşı yüzlərlə günahsız insan bu soyqırımın qurbanı olub. Bu, Azərbaycanın suverenliyinə qarşı törədilmiş zorakılıq aktı olmaqla bərabər xalqınıza, insan haqlarına, bəşəriyyətə qarşı yönəlmiş faciədir.

Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllini, habelə xalqlar arasında kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olmağı, sülh, məhəbbət və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran mövqeyini daimi dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, Azərbaycanın suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həllinə çağırır.

Senat İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xocalı faciəsini soyqırımı və insanlığa qarşı törədilmiş cinayət aktı olaraq bu qətliamın tanınmasına yönəlmiş lazımi addımları atmağa çağıran qərarlarını dəstəkləyir”.

1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri Xocalı şəhərində 613 nəfəri öldürüb. Qırğın zamanı 150 nəfərin itkin düşüb, 487 nəfər yaralanıb, 1270 adam girov götürülüb.

2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası, 2012-ci il fevralın 1-də Pakistan Senatı, 2012-ci il aprelin 23-də Kolumbiya Senatı Xocalı soyqırımını tanıyıb.
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed