Şrift:
Ariel Koen: Azərbaycan cənubdan təhlükəyə məruz qalır
30.05.2013 [13:40] - Gündəm, Siyasət
“Bu gün Azərbaycan cənubdan təhlükəyə məruz qalır. Son vaxtlar İranda tarixi Türkmənçay və Gülüstan müqavilələri əsasında Azərbaycanın reinteqrasiyası və anneksiyası ilə bağlı bəyanatlar səslənir.


Mən ABŞ administrasiyasının bu təhdidlərə aydın cavab verməməsindən məyus olmuşam”.Bu sözləri ABŞ-dakı “Heritage” Fondunun eksperti Ariel Koen Bakıda keçirilən Azərbaycan-ABŞ Forumunda çıxışında deyib.



ABŞ-dakı bütün administrasiyaların postsovet ölkələrinin, o cümlədən Azərbaycanın müstəqilliyini dəstəklədiyini söyləyən A. Koen bildirib ki, Rusiya hələ də bu ölkələrin müstəqilliyi ilə barışmayıb və onların təbii ehtiyatlarını özününkü sayır: “Soyuq savaş başa çatıb, lakin Moskvada heç də hər kəs bunu bilmir. Mən onlardan tez-tez eşidirəm ki, neftimizi sizə verməyəcəyik! Mən də onlara cavab olaraq deyirəm ki, bağışlayın, bu neft artıq sizin deyil”.



Ekspert bölgədə demokratiyanın inkişafı üçün Cənubi Qafqazda sabitliyin önəminə diqqət çəkib və bu sabitliyin ABŞ üçün çox önəmli olduğunu vurğulayıb: “İranla yanaşı, terrorçuluq və “Əl-Qaidə” də Azərbaycana təhlükə törədir və ABŞ bu məsələdə Azərbaycana dəstək verməlidir. Əhalisinin böyük əksəriyyəti müsəlman olan və azlıqlara hörmət göstərilən Azərbaycan həm də nümunə və modeldir”.



A. Koen ABŞ-ı Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə və 907-ci düzəlişi, eləcə də Cekson-Venik düzəlişini ləğv etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed