Şrift:
Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir
31.05.2013 [10:13] - Gündəm, Hərb
Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed