Şrift:
Bakıda üç körpüyə partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub
31.05.2013 [10:15] - Xəbərlər, Hadisə
Bakıda üç körpüyə partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olmuşdur.

FHN-nin rəsmi saytının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 06:52-də başa çatmışdır.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed