Şrift:
Azərbaycan gənclərinin Səudiyyə Ərəbistana səfərləri başlayır
31.05.2013 [10:21] - Gündəm, Gənclik
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində, cari ilin 1 - 10 iyun tarixlərində Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun baş məsləhətçisi Fərid Qurbanzadənin rəhbərliyi altında Azərbaycalı gənclərdən ibarət nümayəndə heyətinin Sədudiyyə Ərəbistanına səfəri başlayır. Bu barədə cümə günü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Mətbuat xidmətindən məlumat verilib.
Bildiririk ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları, ATGTİ-yə daxil Tələbə Gənclər Təşkilatlarının (TGT-lər) sədrləri də daxildir.
Səfərləri çərçivəsində nümayəndələrimiz Səudiyyə Ərəbistanının Ciddə və paytaxt Ər - Riyada şəhərlərinə baş çəkəcək, ölkənin müxtəlif mədəniyyət və dini - tarixi abidələri (Peyğəmbər məscidi, Parlament Binası) muzeyləri ilə tanış olacaqlar.
Bundan əlavə nümayəndələrimiz Səudiyyə Ərəbistanının bir sıra dövlət rəsmiləri, Ər - Riyad şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə təşkilatları ilə görüşərək, iki ölkə gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq prespektivlərini müzakirə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed