Şrift:
Əsəd İsrailə "zərbəyə cavab zərbəsi" olacağına söz verdi
31.05.2013 [10:28] - Gündəm, Siyasət
Suriya prezidenti Bəşər Əsəd İsrailin gələcəkdə ola biləcək istənilən təcavüzünə adekvat tədbirlərlə cavab verəcəyini bildirib. RİA Novosti xəbər verir ki, Suriya rəhbəri İsrailin hücumlarına cavabın effektli olacağını deyib.
"Biz digər ölkələri də xəbərdar etmişik ki, zərbəyə cavab zərbəsi olacaq. Əlbəttə ki, hansı hərbi vasitələrdən istifadə edəcəyimizi indi demək çətindir. Bunu hərbi komandanlıq müəyyən edəcək. Bizim bir neçə variantımız var" - deyə o əlavə edib.
Xatırladaq ki, İsrail qüvvələri bir neçə dəfə Suriyadakı obyektləri vurub. Təl-Əviv zərbələri əsaslandırmaq üçün deyib ki, bunlar Suriyanın "Hizbullaha" raketlər ötürmək cəhdinin qarşısını almaq üçündür.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed