Şrift:
ABŞ Dövlət Departamenti: İran son 20 ildə terrorizmə dəstəyini xeyli dərəcədə artırıb
31.05.2013 [11:52] - Siyasət
ABŞ Dövlət Departamenti 2012-ci il üçün illik hesabatını açıqlayıb.
Sənəddə İran beynəlxalq terrorizmi dəstəkləməkdə günahlandırılıb və rəsmi Tehranın bu sahədəki fəaliyyətinin son 20 illə müqayisədə xeyli dərəcədə artırdığı bildirilib: “İran hökumətinin agentləri kimi İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qanadı və kəşfiyyat orqanlarının, eyni zamanda “Hizbullah” təşkilatı “terrorizmin genişləndirilməsi”ndə əsas rol oynayır”.



Hesabatda İran və “Hizbullah”ın 2012-ci ildə Avropa, Asiya və Afrikada həyata keçirdiyi və ya əli oldu]u bir sıra terror əməliyyatları da qeyd edilib. Buna misal olaraq ötən ilin iyulunda Bolqarıstanda hava limanında içərisində israilli turistlərin olduğu avtobusun partladılması göstərilib. Həmin hadisədə bir bolqar sürücü və bir neçə İsrail vətəndaşı həlak olub. Bundan əlavə, Hindistan, Tailand, Gürcüstan və Keniyada da oxşar hadisələr baş verib. Ötən il fevralında İsrailin Hindistandakı səfirliyinin binası yaxınlığında avtomobilin partladılması nəticəsində bir israilli diplomatın həyat yoldaşı, o cümlədən dörd nəfər yaralanıb.

Sənəddə vurğulanır ki, İran və “Hizbullah” Suriya hakimiyyətinə, Bəşar Əsəd rejiminə də dəstək verir.



Hesabatda İran, Kuba, Sudan və Suriya terrora dəstək verdiyinə görə “qara siyahı”dakı əvvəlki yerini qoruyub.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed