Şrift:
Ötən tədris ilində Azərbaycandan 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb
03.06.2013 [10:14] - Gənclik, Mədəniyyət
Təhsil Nazirliyi 2012/2013-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayını açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə, 2012/2013-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb. Onlardan 306-sı Türkiyə, 278-i Almaniya, 200-ü Böyük Britaniya, 126-sı Kanada, 46-sı Rusiya, 39-u İsveçrə, 35-i Fransa, 24-ü Cənubi Koreya, 18-i Niderland Krallığı, 17-si Avstraliya, 10-u Avstriya, 7-si Litva və İtaliya, 6-sı Çexiya, 5-i İsveç və İspaniya, 4-ü İrlandiya, 3-ü Malayziya və Finlandiya, 2-si Norveç, Yaponiya, Estoniya, Yeni Zelandiya, Sinqapur və Belçikanın hər birində isə 1 nəfər təhsilini davam etdirib.

Dövlət Proqramı çərçivəsində ən çox tələbə hazırda Türkiyədə təhsil alır. Bu ölkədə tələbələrimizin daha çox təhsil almasının əsas səbəbləri iki ölkə arasındakı tarixi, dil və mədəni baxımından yaxınlığın olması, Türkiyənin inkişaf prosesindəki təcrübənin öyrənilməsinin aktuallığı və həmin ölkənin səfərlərin edilməsi baxımından əlverişli coğrafi məsafədə yerləşməsidir.

Hökumətlərarası müqavilələr çərçivəsində isə 6 ölkədə 712 nəfər tələbə təhsil alır. Bunlardan 442 nəfər Türkiyə, 239 nəfər Rusiya, 26 nəfər Çin, 3 nəfər Misir, Çexiya və Slovakiyanın hər birində isə 1 nəfər təhsilini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed