Şrift:
İyunun sonunda Vilnüsdə Litva-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
03.06.2013 [10:18] - Gündəm, Siyasət
İyunun 28-də Vilnüsdə Litva-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın verdiyi məlumata görə, hökumətlərarası komissiyanın toplantısında iki ölkə arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin hazırkı vəziyyəti, onların inkişaf perspektivləri müzakirə olunacaq. Həmçinin, iclasda Azərbaycan tərəfinin IT sahədə bir sıra investisiya layihəsinin təqdimatını keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Litva-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının son iclası 2012-ci ilin aprel ayında Bakıda keçirilib
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed