Şrift:
Ermənilərin Danimarkada Azərbaycana qarşı təxribatının qarşısı alınıb
04.06.2013 [10:16] - Gündəm, Diaspor
"Vətən" Cəmiyyətinin üzvləri təxribata imkan verməyib


İyunun 1-də Danimarkanın Kopenhagen Bələdiyyəsinin nəzdində olan Frederiksberq Komunu Danimarkada fəaliyyət göstərən səfirliklər və cəmiyyətləri "İnteqrasiya Günü"nə dəvət edib. Danimarka "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi bildirib ki, Azərbaycanı hər il olduğu kimi bu il də Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti təmsil edib.

Tədbirdə iştirak edən səfirliklər arasında Azərbaycan torpaqlarını işğal etmiş bədnam qonşularımız Ermənistan da yer alımışdı. Qonşu ölkə bu tədbirdə ilk dəfə iştirak edirdi. Ermənistan səfirliyinin nümayəndəsi tədbirdə Azərbaycana qarşı təxribat törətmək üçün bir neçə dəfə cəhd göstərib.

"Vətən" Cəmiyyətinin üzvləri ermənilərin təxribatlarının qarşısını alıblar. Tədbirdə danimarkalılara və şəhərin qonaqlarına Azərbaycanın tarixi, mədəniyyəti və işğal olunmuş torpaqlara aid kitab və broşürlar təqdim olunub. Azərbaycan şirniyyatları danimarkalılara və tədbir iştirakçılarına xüsusi zövq verib. Sonda tədbirin əsas təşkilatçısı Annett Beenfeldt Jensen "Vətən" cəmiyyətinin üzvlərinə fəallıq və aktivlik göstərdiklərinə görə öz təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed