Şrift:
Bakı-Qazax qatarında bomba tapıldı
06.06.2013 [11:12] - Gündəm, Hadisə
Qatar Keşlə stansiyası ərazisində saxlanılıb, sərnişinlər qatardan uzaqlaşdırılıb

Bakıda qatarda partlayış törədilməsi cəhdinin qarşısı alınıb.Nərimanov rayonu Keşlə qəsəbəsi Keşlə dəmiryol stansiyasında Bakıdan Qazaxa gedən qatarda partlayıcı əşyanın olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hüquq-mühafizə orqanlarından kinoloji qruplar və pirotexniki işlər üzrə mütəxəssislər, eləcə də xüsusi əməliyyat qrupları hadisə yerinə cəlb edilib və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Dərhal Bakı-Qazax sərnişin qatarının hərəkətinin dayandırılması əmri verilib və qatar Keşlə stansiyası ərazisində saxlanılıb, sərnişinlər qatardan uzaqlaşdırılıb. Qatarın bütün vaqonlarına baxış keçirilib. Bu zaman qatarın 10-cu vaqonunda partlayış təhlükəli əşyalar aşkar olunub. Aşkar edilmiş partlayıcı təhlükəli əşyalar hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə götürülərək aidiyyəti üzrə aparılıb.

Əməliyyatdan sonra qatarın hərəkəti davam etdirməsinə icazə verilib. Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed