Şrift:
İnternet və insan hüquqları mövzusunda tədbir keçirilib
07.06.2013 [14:29] - Gündəm, Sosial
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi son zamanlar ən aktual məsələ olan «İnternet və insan hüquqları» mövzusunda tədbir keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov görüşün məqsədindən söz açaraq, ölkə başçısının sərəncamı ilə təsdiqlənmiş «Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» əsasında ölkədə «İnsan hüquqları aylığı» çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb. İnsan hüquqlarının qorunmasının müasir dünyada aktual məsələlər sırasında yer aldığını diqqətə çatdıran şöbə müdiri bu istiqamətdə ölkə qanunvericiliyində nəzərdə tutulan və qanunla tənzimlənən proseslərdən və beynəlxalq təcrübədən danışıb.

İnternetin gündəmə gəlməsi ilə insan hüquqlarının qorunmasında yeni yanaşma zərurətinə də toxunan B.Məmmədov off-line rejimdə olduğu kimi on-line rejimdə də hüquqların müdafiəsinin vacibliyini önə çəkib: «Bəzən insanlarda elə hiss yaranır ki, internet mütləq, azad məkandır. Amma internetin meydana gəlməsi ilə yeni davranış qaydaları müəyyən edilib. Ümumiyyətlə, internetdə söz, fikir azadlığı əsas müzakirə mövzusu kimi beynəlxalq forumların, beynəlxalq təşkilatların diqqətindədir. Beynəlxalq qanunvericiliyə nəzər salsaq, müxtəlif ölkələrdə internetdə təhqir cinayət əməli kimi tövsiyə olunur».

Ölkədə internet, ümumilikdə informasiya resurslarından istifadəyə əlçatanlıqla bağlı çox işlərin görüldüyünü də xatırladan nazirliyin rəsmisi bu istiqamətdə aparılan tədbirlərin davam etdirildiyini, eyni zamanda İKT-nin digər sahələrin inkişafında lokomotiv rol oynadığını söyləyib. Daha sonra tədbirdə hüquqların tənzimlənməsi sahəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed