Şrift:
Həmsədrlərin uğursuz cəhdi
08.06.2013 [11:56] - Gündəm, Siyasət
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdıra bilməyib

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdıra bilməyib və belə bir görüş barədə yayın sonu, payızın əvvəlindən tez danışmaq mümkün deyil.
Bunu münaqişənin həllinə dair danışıqlarda iştirak edən ölkələrdən birinin nümayəndəsi İTAR-TASS-a açıqlamasında deyib. Vyanadakı diplomatik mənbə bildirib ki, Zalsburqda iyunun 12-nə planlaşdırılan növbəti görüş baş tutmayacaq. Onun proqnozuna əsasən görüşün yayın sonları, payızın əvvəlindən tez baş tutması mümkün deyil.
Xatırladaq ki, may ayında ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünü razılaşdırmaq üçün növbəti dəfə bölgəyə səfər ediblər. Həmsədrlərin birgə bəyanatında bildirilib ki, yaxın vaxtlarda yalnız xarici işlər nazirləri ilə görüş nəzərdə tutulur
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed