Şrift:
TQDK sədri Şamaxıda vətəndaşları qəbul edib
08.06.2013 [12:43] - Sosial
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı komissiya sədri onların müraciətlərini dinləyib. Ümumilikdə qəbulda 20-dək vətəndaş iştirak edib.
Görüşdə vətəndaşların çoxsaylı müraciətləri, problemləri dinlənilib. Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Bundan başqa, sakinlər komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər. Qeyd olunub ki, TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed