Şrift:
İrəvan xanlığı kitabı italyan dilində nəşr olunacaq
10.06.2013 [10:37] - Gündəm, Mədəniyyət, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda “İrəvan tarixi” kitabının italyan dilinə tərcümə olunması üçün hazırlıq işləri başa çatıb.



İnstitutdan verilən məlumata görə, Tarix İnstitutu ilə Azərbaycanın İtaliyadakı səfirliyi arasındakı məsləhətləşmələr nəticəsində səfir Vaqif Sadıqovun köməyi ilə Tarix İnstitutunda hazırlanmış “İrəvan tarixi” kitabının italyan dilinə tərcümə olunması üçün İtaliya tərəfi ilə institut arasında müvafiq müqavilə imzalanıb.



Əsər tanınmış italyan tarixçiləri tərəfindən tərcümə ediləcək və Tarix İnstitutunun mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra İtaliyada nəşr olunacaq. Kitabın redaktəsi, kompüter qrafikası, maketinin hazırlanması, çapı, cildlənməsi, yayılması, daşınması, reklam edilməsi, eləcə də ingiliscədən tərcüməsi, redaktə və korrektəsi italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Kitabın internet şəbəkəsi ilə tanıdılması, Milan, Roma, Turin, Neapol və digər şəhərlərdə təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed