Şrift:
Kabil aeroportuna hücum edən taliblərin hamısı öldürülüb
10.06.2013 [10:58] - Gündəm, Hadisə
Kabil aeroportuna hücumda iştirak edən “Taliban” üzvlərinin hamısı həlak olub.

“Əl-Cəzirə” kanalının yaydığı məlumata görə, Kabil polisi iki kamikadzenin “ölüm qurşağı”nı işə saldığını, beş nəfərin isə atışmada öldüyünü açıqlayıb. Polislər və hərbçilər arasında itki yoxdur.

Taliblər Kabil aeroportuna bu gün səhər saatlarında hücum ediblər. Aeroport terminalları yaxınlığında yarımçıq tikilini ələ keçirən taliblər nizamsız atəş açmağa başlayıblar. Hücumla əlaqədar aeroportda bütün reyslər təxirə salınıb.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed