Şrift:
Uydurma erməni soyqırımı məsələsi Ukrayna parlamentində
10.06.2013 [11:32] - Gündəm, Siyasət
Ukrayna Ali Radasına uydurma “erməni soyqırımı” haqqında qətnamə layihəsi təqdim olunub.


Bu barədə məlumat Ali Radanın rəsmi saytında yerləşdirilib. Layihə artıq Ali Radada qeydiyyatdan keçib.


Məlumatda bildirilir ki, qətnamə layihəsinin təşəbbüskarları millət vəkilləri Arsen Avakov (Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası) və Vilen Şatvoryandır (hakim Regionlar Partiyası).


Layihədə qeyd olunur ki, Ali Rada ermənilərin 1915-1922-ci illərdə Osmanlı İmperiyasında kütləvi məhv edilməsini erməni xalqının soyqırımı kimi tanıyır, 24 apreli isə erməni xalqının soyqırımı qurbanlarının xatirə günü kimi qəbul edir.


Layihənin nə vaxt müzakirəyə çıxarılacağı hələlik məlum deyil.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed