Şrift:
Keçmiş rus deputatın antiazərbaycan ritorikası
10.06.2013 [13:15] - Gündəm, Siyasət
Mais Məmmədov Konstantin Zatulinə cavab verdi

Rusiya dövlət Dumasının keçmiş deputatı, Azərbayacanda arzuolunmaz şəxs elan edilən Konstantin Zatulin yenə antiazərbaycan uydurmalarla çıxış edib. MDB institunun direktoru "Regnum"a açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayevin bir necə gün öncə Azərbaycanın Ermənistana ucuz qaz sata biləcəyi, hər hansı zəiflik və cəhdlər olacağı təqdirdə Bakının özünü konstruktivlik işığında və sivilizasiya mayakında təqdim edəcəyi barədə bəyanatını şərh edib.

Onun sözlərindən belə çıxır ki, Azərbaycan Ermənistanın ərazisini işğal edib və daima yeni təkliflər irəli sürərək heç cür danışıqlar masasına oturmur. Düzdür hər şey doğru olsada, tərsinədir. Amma rusiyalı eksperti başqa şey narahat edir.
Birdən Ermənistan Azərbaycan qazı almağa başlayar, birdən bu iki respublika danışıqlar masasına oturar və Moskvasız nəticə əldə edər. Bəs onda Rusiyanın Cənubi Qafqaz siyasəti necə olacaq? Rusiya büdcəsinə xüsusi çəkisi olan və bu gün Ermənistanda "Rədd ol" deyə barəsində şüarlar səsləndirilən monopolist "Qazprom"la nə olacaq?

Bütün bunlar təbii ki, Zatulini narahat edir və o bununla əlaqədar olaraq bədbin boyalarla Rusiya-Azərbaycan əlaqələrinin gələcəyini çəkir. Burda hər şeydən istifadə edilir - Qəbələ RLS, Azərbaycan-Amerika münasibətlərinin irəliləməsi və hətta nədənsə Suriya və İran, əlbəttə ki, mübariz Azərbaycanı əzmək istəyən Ermənistanın strateji tərəfdaşına yenə də mədhiyyələr oxuyur.

Ağa qara deyən insanla mübahisə etmək çətindir. Cənab Zatulinə xatırlatmaq istəyirəm ki, Böyük Vətən müharibəsində qələbə Sovet ordusunun qəhrəmanlığı və nəfəslərini belə dərmədan hər gün çalışan Bakı neftçilərinin şücayəti ilə qazanılıb. Təsadüfi deyil ki, o vaxt ingilis mətbuatı yazırdı: "Əgər neft kraliçadırsa, Bakı onun tacıdır". Əfsus ki, mühadribədən sonra Azərbaycanın paytaxtı "qəhrəman şəhər" statusunu almadı. Amma bizim neftçilərin əməkləri haqqında sovet və rusiyalı yazıçılar, şahirlərdə yazıblar və indidə yazırlar.

Təsəvvür edin ki, Bakı olmazdı. Onda yəqin ki, cənab Zatulin, siz rus dilində deyil,alman dilində yazıb oxuyardız, MDB institutunun direktoru yox, Moskvadakı alman restoranlarından və ya piyvəxanalarından birində kelner (aşxanada yemək gətirən xidmətçi) işləyərdiniz. Lakin, bütün işlər şərəflidir.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed