Şrift:
Türkiyədə baş verən olaylar ölkə turizminə necə təsir etdi
10.06.2013 [22:45] - Gündəm, İqtisadiyyat
Nazim Məmmədov: “Türkiyə turizminə 10 milyonlarla ziyan dəyib”

“Turistlər istiqaməti dəyişib”

Son bir neçə gündür dünyanın diqqəti Türkiyəyə - İstanbuldakı Taksim meydanında baş verən qarşıdurmaya - “Gəzi parkı olayları”na yönəlib. Bu hadisələr Türkiyənin siyasi-ictimai həyatı kimi, turizm sektorunda da öz izini qoyub. Danılmaz faktdır ki, son illər Türkiyədə turizm sahəsi yüksək sürətlə inkişaf edib. Türkiyə iqtisaiyyatının 70%-ə yaxın həcmini məhz turizmdən əldə edilən gəlirlər təşkil edir. Turistlər istirahət üçün Türkiyəyə üz tuturdular. Ancaq Türkiyədə baş verən məlum olaylar ölkənin turizm sahəsinə ciddi şəkildə zəiflədib. Amma bir çox ekspertlər son hadisələrin Türkiyənin imicinə mənfi təsirinin daha geniş miqyaslı olduğunu bildirirlər. Məhz bu amil Türkiyə turizm sektorunda gəlirlərin ciddi şəkildə azalmasına səbəb ola bilər.
Türkiyədəki aksiyaların Azərbaycandan qonşu ölkəyə gedən turistlərin sayına təsir edib-etmədiyini öyrənmək məqsədilə turizm şirkətləri ilə əlaqə saxladıq.
"Atlas Travel "MMC-dən bildirdilər ki, İstanbula gedənlərin sayında elə də azalma yoxdur: "Şirkətə müraciət edənlər təhlükəsiz otellərdə yerləşdirilir. Ona görə də şikayətlə qayıdan müştərilərimiz də olmur”.
"Gilan Turizim” dən isə ötən aylara nisbətən İstanbulda baş verən aksiyalardan sonra turist sayında azalma olduğunu etiraf etdilər. Turizm şirkətinin əməkdaşı bildirdi ki, Türkiyədə baş verən hadisələrlə əlaqədar turistlərin sayında azalma olub: "Təkcə İstanbul şəhərinə deyil, həm də Türkiyənin ayrı-ayrı şəhərlərinə də gedənlərin sayı azalıb. Hətta sifarişləri geri qaytaranlar da olub. Məsələn, Taksim hadisələri başlayandan 4-5 sifariş geri qaytarılıb”.
"Turan Travel”dən isə turist sayında heç bir dəyişiklik olmadığını bildirdilər: "Müraciət edənlərin sayı əvvəlki kimidir. Düzdür, bizim özümüzdən də soruşurlar ki, Türkiyəyə gedənlərin sayında azalma olmayıb ki, orada vəziyyət necədir? Amma yenə də gedirlər. Narazılıqla qayıdan da olmayıb”.
İqdisadçı ekspert Nazim Məmmədov “Davam az ” saytına açıqlamasında bildirdi ki, turizm sektoru stabillik, yaxşı xidmət və yüksək infrastruktur tələb edən sahədir. N.Məmmədovun sözlərinə görə, Türkiyənin İstanbul başda olmaqla çoxsaylı şəhərlərində baş vermiş hadisələr turizmə 10 milyonlarla ziyan vurub, sezonun başlanğıcında belə hadisələrin olması çox turistlərin, istirahətə gələnlərin planlarının dəyişməsinə səbəb olub .
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed