Şrift:
Ermənistanda keçmiş hərbçilər üsyan etdi
11.06.2013 [10:07] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Qarabağın işğalında iştirak etmiş bir qrup erməni iyunun 16-sı Yerevanda mitinq keçirəcək.“Daha belə yaşamaq olmaz” şüarı altında keçiriləcək mitinqin təşəbbüskarlarının yaydığı bəyanatda deyilir: “Biz Ermənistanda vəziyyəti dəyişmək istəyənləri, partiya mənsubiyyətindən asılı olmayaraq, bu mitinqə dəvət edirik. Bizim əsgərlərimiz yenə millətin müdafiəsinə qalxıb. Hamı bir nəfər kimi Azadlıq meydanına”.
İyunun 5-də işğalçı döyüşçülər bəyanat yaymışdı. Onlara qarşı etinasızlıqdan, problemlərinə məhəl qoyulmamasından şikayət edən işğalçılar 13 tələb irəli sürmüşdülər. Əsas tələblər təqaüdlərin artırılması, ehtiyacı olanların evlə təmin olunması, kommunal xidmətlərə 50% güzəşt, uşaqlarının təhsilinə 50% güzəşt, şəxsi biznes qurmaq üçün güzəştli kreditlər, pulsuz tibbi xidmətdir. Tələblər müdafiə naziri Seyran Ohanyana təqdim olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed