Şrift:
İraqda bir günün terror aktları: ən azı 27 ölü, 100-dən çox yaralı
11.06.2013 [10:16] - Gündəm, Hadisə
İraqın Kərkük, Mosul və Səlahəddin şəhərlərində baş vermiş bir neçə terror aktı 6 nəfərin həyatına son qoyub, 43 nəfər yaralanıb. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.
Belə ki, Kərkükdə bir hərbi məntəqəyə bomba yerləşdirilmiş avtomobillə təşkil edilən hücum nəticəsində terrorçu-intiharçı və 1 hərbçi həlak olub, 14-ü xəsarət alıb.
Mosulda isə şəxsiyyəti məlum olmayan silahlıların asayişi qoruyan 2 polisə atəş açması nəticəsində 1 polis həyatını itirib, 1 polis yaralanıb.
Həmçinin, Səlahəddin şəhərinin Tuzhurmatu rayonunda yerli vaxtla saat 18:30 radələrində Ağsu məhəlləsindəki İraq türkmanlarına məxsus kafenin yaxınlığında avtomobilə yüklənmiş bombanın işə düşməsi ilə 3 nəfər ölüb, 28 nəfər xəsarət alıb.
***
İraqın Mosul şəhərində 4 partlayış baş verib. İlkin məlumatlara görə, ən azı 11 nəfər ölüb, 22 nəfər yaralanıb.
Alınan məlumata görə, Mosulun cənubundakı Devreti əs-Səvas bölgəsində bir terrorçu-intiharçı istifadə etdiyi maşını polis məntəqəsinin qarşısında partladıb. Bir neçə mülki vətəndaşla yanaşı, 7 polisin həlak olduğu, 12 nəfərin yaralandığı bildirilir.
Şəhərin qərbindəki Nehravan bölgəsində bir terrorçu-intiharçının hərbi nəzarət məntəqəsində avtomobili partlatması nəticəsində 1 hərbçi, 2 mülki şəxs və hadisəni törədən ölüb, 10 nəfər yaralanıb.
Mosulun 17 İyul və əz-Zəncəli bölgələrində də partlayışların baş verdiyi bildirilir, lakin təfərrüatlar açıqlanmır.
***
Dünən səhər saatlarında Bakuba şəhərindəki bazarda ardıcıl baş vermiş partlayışlar nəticəsində 10 nəfər həlak olub, təqribən 40 nəfər xəsarət alıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Bakubadakı xalq bazarındakı bomba yüklü avtomobil partladılıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed