Şrift:
Dövlət katibinin müavini: ABŞ İranın nüvə silahına sahib olmasına icazə verməyəcək
11.06.2013 [10:26] - Siyasət
“İranda iyunun 14-də baş tutacaq prezident seçkilərinin azad, ədalətli keçiriləcəyinə inam yoxdur”.Bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərin səlahiyyətlərini İran Konstitusiyasına Nəzarət Şurası təsdiqləyir və ya rədd edir: “Bu qurum da seçilmiş orqan deyil və ona görə hansı prinsiplərlə çalışdığı da aydın deyil”.

V.Şerman deyib ki, İranın gələcəyi ilə bağlı qərar vermək ABŞ və “altılıq” ölkələrinin səlahiyyətində deyil: “Bu məsələdə İran xalqı özü qərar verməlidir”.

ABŞ dövlət katibinin müavini İranın nüvə proqramına da toxunub: “Bu məsələdə qərar vermək və seçim etmək İslam respublikasının səlahiyyətindədir. İran xalqı gərək İslam respublikasını bu məsələdə məsuliyyətli davranmağa sövq etsin. ABŞ prezidenti də İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib. Ona görə də ümid edirik ki, İran hökuməti tezliklə öz xalqı ilə bağlı doğru strateji qərar verəcək və xalqının gələcəyinin daha aydın olması üçün “altılıq” ölkələri ilə ciddi müzakirələr aparacaq”.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed