Şrift:
Polis Taksim meydanına daxil olub
11.06.2013 [11:48] - Xəbərlər, Hadisə
Bu gün səhər Türkiyə polisi kütləvi etiraz aksiyasının davam etdiyi İstanbulun Taksim meydanına daxil olub.

İstanbul valisi Hüseyn Avni Mutlu polisin meydanı qeyri-leqal qrupların bayraqları və plakatlarından təmizləmək üçün Taksimə daxil olduğunu və Gəzinti Parkında toplaşanlara toxunmayacağını bəyan edib.

Meydanda və meydan ətrafında polisə müqavimət göstərən qruplara polis qaz bombaları atıb və su püskürdən maşınlarla onları dağıdıb. Taksimdəki Atatürk Mədəniyyət Mərkəzi və Atatürk heykəli polis tərəfindən təmizlənib və üzərilərinə Türkiyə bayrağı asılıb. Gəzinti Parkındakı aksiya isə davam edir. Polislər parka toplaşanlara müdaxilə edilməyəcəyini meqafonlarla elan edib.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed