Şrift:
Erməniləri yenə məyus etdilər
12.06.2013 [12:37] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
"Erməni soyqırımı" qurbanlarının varislərinə təzminat verilməyəcək


ABŞ yenə də erməniləri məyus edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatların Ali Məhkəməsi "erməni soyqırımı" qurbanlarının varislərinə təzminat verilməsinin ləğvinə dair qanunun əsasında dairə məhkəməsinin qərarına baxmayacaq.

İddiaçıların vəkili, eləcə də Amerikanın erməni təşkilatı ABŞ Ali Məhkməsinin bu qərarında narahat olduqlarını bildiriblər. Onlar öz məqsədlərinə çatmaq üçün əllərindən gələni edəcəklərini deyiblər.

Xatırladaq ki, 2012-ci ilin fevralın 23-də 12 federal məhkəmənin yekdilliklə qəbul etdiyi qərara görə, Kaliforniya ştatının təzminat ödəmək haqqında qanunu konsitutsiyaya ziddir. Məhkəmənin qərarında bildirilir ki, bu məsələ müstəsna federal məsuliyyəti altındadır, daha doğrusu, beynəlxalq əlaqələrlə bağlı sahədir.
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed