Şrift:
Bakıda jurnalisti vuran polislər işdən qovuldu
12.06.2013 [14:29] - Xəbərlər, Gündəm, Hüquq
Onlar BŞBPİ rəisinin əmri ilə tutduqları vəzifədən azad ediliblər


İyunun 3-də Bakı bulvarında gənclərin Türkiyədəki mitinqlərə dəstək aksiyasını işıqlandıran zaman jurnalistləri vuran Səbail rayon Polis İdarəsinin əməkdaşları tutduqları vəzifədən kənarlaşdırılıblar. “Aznews.az”ın verdiyi məlumata görə, döyülən jurnalist Rasim Əliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsində olub. İdarədə onu BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Səbail rayon Polis İdarəsinin rəisi qəbul edərək, jurnalistə qarşı qanunsuz hərəkət edən polislərin işdən qovulduğu barədə əmri göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti də bu barədə məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Səbaill rayon Polis İdarəsinin 2 serjantı iyunun 3-də gənclərin razılaşdırılmamış aksiyasında jurnalistlərə qarşı kobudluq etdiyinə görə, BŞBPİ rəisinin əmri ilə tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, döyülən jurnalist R.Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşıdır.
Bu xəbər oxucular tərəfindən 1222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed