Şrift:
İrandan kokain gətirən ilişdi
12.06.2013 [14:37] - Hadisə
Polis onu sərhəddə tutub

Cəlilabad rayon polis şöbəsinin keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb.Məlumata görə, Bakı şəhər Xəzər rayonu Beynəlliləm küçəsi, ev 52 ünvanında yaşayan Təzəxan Əhəd oğlu Manafov əvvəlcədən telefonla sövdələşdiyi İran İslam Republikası vətəndaşının Cəlilabad rayonunda gizlətdiyi məkandan narkotik maddələri götürüb. O, qayıdarkən Cəlilabad rayonunun Sərxanlı kəndində ələ keçib. Saxlanarkən onun üzərindən 4 kq 305 qram marixuana, 100 qram tiryək və 0.145 qram narkotik maddə hesab olunan kokain aşkarlanıb.

Qeyd edək ki, saxlanılan Təzaxan Manafov polisə verdiyi ifadəsində narkotik maddələri ona çatdıran şəxslə İrana müalicə üçün gedərkən tanış olduğunu bildirib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanıb.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed