Şrift:
Ketrin Eştonun Azəraycana səfəri başlayır
15.11.2011 [12:15] - Köşə yazarları
Bu gün Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycana səfəri başlayır. Ketrin Eştonun Bakıda dövlət başçısı İlham Əliyev, baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. K.Eşton Azərbaycan rəsmiləri ilə görüşləri zamanı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi fonunda Avropa İttifaqı ilə əməkdaşlıq və viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Avropa İttifaqının ali nümayəndəsi Azərbaycana Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində gələcək. O, Bakıdan Tiflisə, oradan isə İrəvana yola düşəcək.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed