Şrift:
Dəmiryolunda partlayış təhlükəsi səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb
14.06.2013 [11:48] - Gündəm, Hadisə
Mahaçqalanın cənub hissəsindəki dəmiryolunda mümkün partlayış səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb. Bu barədə cümə günü İTAR-TASS-a respublika Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.
Məlumata görə, bu gün səhər saatlarında dəmiryollarına baxış zamanı relslərdə əldəqayırma partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapılıb.
Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyirlər, ərazi nəzarət altına alınıb.
Müvəqqəti olaraq Şimali-Qafqaz dəmiryolunun Mahaçqala sahəsində bütün qatarların hərəkəti dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed