Şrift:
Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir
14.06.2013 [11:51] - Gündəm, Sosial
Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir.
Qurultay Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir və "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.
Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində onların rolunu gücləndirməkdən ibarətdir.
Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslərin də qatıldığı qurultayda işçi orqanlarının tərkibinə, Katiblik, Mandat və Redaksiya komissiyalarına üzvlər seçiləcək.
Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq, qurultayın qətnaməsi qəbul olunacaq.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed