Şrift:
Mənsurə Qaçayqızı: - SƏHİDLİK ZİRVƏSİNƏ UCALAN DOST
14.06.2013 [12:30] - Gündəm, Hərb, DAVAMın yazıları
Mənsurə Qaçayqızı: - SƏHİDLİK ZİRVƏSİNƏ UCALAN DOST

Qismət, Nəsir, Hüseyn... Onlar dost idilər. Nəsirlə Hüseyn Ordubaddan, Qismət Neftçaladan... Bakı şəhər 2 saylı peşə məktəbində təhsil alırdılar. Yataqxanada bir yerdə yaşayırdılar. Onların tanışlığa dərin dostluğa çevrilmişdi. Bir-birindən maraqlı günlər yaşadılar .1990- cı ilin iyun ayına kimi...
1990-cı il, iyun ayının 1-i. Nəsir Belorusiya şəhərinə Sovet ordusu sıralarında hərbi xidmətə yola düşürdü. Onu ordu sıralarına yola salmağa dostları gəlmişdilər. Dostlar Nəsiri yola salanda düşünməzdilər ki bu onların birlikdə olduqları sonuncu gündü və bir daha üçü bir yerdə olmayacaqlar. Hətta şəkil də çəkdirdilər. Qismət, Nəsir, Hüseyn... Sonuncu şəkil...
Uzun zaman görüşmədilər. Nəsir Rusiyada yaşadı. Dostların bir-biri ilə əlaqəsi kəsilmişdi. Nəsir 1990-cı ildə doğulan qardaşı oğluna Qismətin adını qoymuşdu. Amma bundan, Nəsirin qardaşı oğluna onun adını qoymasından dostu Qismətin xəbəri yox idi...
Illər göz qırpımında keçdi. 23 il... Bu illər ərzində Nəsir Qismətlə maraqlansa da bir nəticə əldə edə bilməmişdi.
Bir yol qalırdı Neftçalaya getmək... Qərarlaşdırmışdı.
Bir gün ... İnternetdə Qismətin adını yazdı. Onu axtarmaq istədi. Bəlkə.... Qəfildən qarşısına çıxan məlumat Nəsiri yerində dondurdu. Bir müddət gözlərinə inanmadı...
Qismətin çox istəkli, məqsədlərinin geniş, arzularının böyük olduğunu Nəsir bilirdi. Ona görə də çox zaman Qismətin ola bilsin ki, xaricdə yaşadığını düşünürdü. O üzdən onu axtarmamsını qəbul edirdi. Yoxsa ola bilməzdi, Nəsir Qisməti axtarmasa da Qismət Nəsiri axtarmasın. Bu mümkün deyildi. Bəzən də başqa fikir meydana çıxırdı. Axtarar, birdən... Birdən yaxşı nəsə eşitməz... Birdən Qismətə bir şey olar... Birdən...
Indi Nəsir gözlərini manitora dikib qalmışdı. Gözləri dolmuşdu... indi ona ağlamaq qalırdı... Kədərdənmi, sevincdənmi?!... Nəsir dostunu tapmışdı....
Şəhid Qismət Nurəliyev....
Bəli, Nəsirin dostu Qismət Qarabağ döyüşlərində şəhid olmuşdu. Nəsir Neftçala haqqında məlumat toplayarkən, Qismətin kəndini axtararkən bu məlumatla rastlaşmışdı.
Qismətin haqqındakı məlumatları dönə-dönə oxudu.
Qismət Nurəliyev 1972-ci ildə Neftçalanın Xolqarabucaq kəndində anadan olmuşdu. Xolqaraqaşlı kənd orta məktəbini biritdikdən sonra Bakı şəhər 2 saylı texniki peşə məktəbini qırmızı diplomla başa vurmuşdu. 1990-cı ildə hərbi xidmətə çağrılır. Ukraynada hərbi xidməti başa vurduqdan sonra vətənə dönür. Cəbhəyə gedir. Sarıbabalı kəndi uğrunda gedən döyüşlərdə 1992-ci ildə şəhid olur. Xolqaraqaşlı kənd orta məktəbi şəhid Qismət Nəsrullayevin adını daşıyır.
Nəsir müəllimlə söhbət edirəm. Dostu haqqında danışmasını istəyirəm. O isə dostu haqqında belə danışır.
-Necə deyim ki o necə adam idi. Mən onu heç unutmadım ki. O unundulacaq adam deyildi. Adını qardaşımın oğlunun adına qoydum. O zaman o sağ idi. O qədər hadisələr keçir ağlımdan... Onlara, Neftçalaya getməyimiz.... Arzuları çox idi...
- Hiss edirəm ki, Nəsir müəllimin ürəyi doludu. O xoş xatirələri özündə yaşatmaq istəyir. Yadıma bir şəhid anası ilə olan söhbətim düşdü. O da oğlu haqqında demişdi ki, arzuları çox idi. Bəli, onlar arzuları çox olduğundan millətin gələcəyi uğrunda şəhid oldular. Və bu gün onlarla fəxr edirik! Siz də fəxr edin Nəsir müəllim! Bu Sizin gözərinizdən oxunur! Nəsir müəllim bu gün dostunu şəhidlik zirvəsində tapdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mənsurə Qaçayqızı.
Bu xəbər oxucular tərəfindən 2132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed