Şrift:
Əli Əliyev: Rüstəm İbrahimbəyov özünü Azərbaycan üçün “arzuolunmaz şəxs” edib
14.06.2013 [12:36] - Gündəm, Siyasət
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək.
VİP sədri Əli Əliyev bildirib ki, əvvəla ona görə ki, Rüstəm İbrahimbəyov həbs olunmaqdan ehtiyatlanır, çünki faktiki olaraq o, atdığı addımları ilə özünü Azərbaycan üçün "arzuolunmaz şəxs" elan edib: "İkincisi isə layihənin müəllifləri Rüstəm İbrahimbəyovun namizədliyindən daha çox siyasi fiqurun namizəd olmasında maraqlıdırlar".
Əliyev vurğulayıb ki, Rüstəm İbrahimbəyov təlimatla fəaliyyət göstərdiyindən onun təlimatverənləri başqa bir şəxsin namizədliyinin irəli sürülməsini məsləhət verəcəklər: "Bu baxımdan, mənim fikrimcə, Rüstəm İbrahimbəyov Azərbaycana yaxınlarda qayıtmayacaq. Onun gəlməsi ilə bağlı verilən məlumatlar məqsədyönlü şəkildə yayılıb".
VİP sədri Rüstəm İbrahimbəyovu seçkilərdə özünə rəqib görmək istəyir: "Mən istərdim o, Azərbaycana gəlsin, seçkilərdə bizim rəqibimiz olsun, istərdim ki, o, ölkəyə gəlməməklə özündən qəhrəman düzəltməsin".
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed