Şrift:
Hərbi parada hazırlıqla bağlı həftəsonu Azadlıq meydanına hərəkət məhdudlaşdırılacaq
14.06.2013 [15:03] - Xəbərlər, Hərb
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bildirir ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar 15-16 iyun tarixlərində paytaxtın Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, paradla əlaqədar göstərilən tarixlərdə səhər saat 06:00-dan 10:00-dək paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək:
"Avtomobil sürücülərinə bunu nəzərə alaraq qeyd edilən küçələrdə sıxlığın və tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur".
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed