Şrift:
Ermənilər atəşkəs rejimini pozmaqda davam edirlər
18.06.2013 [09:52] - Xəbərlər, Hərb
Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed